(+99450) 254 70 07
» Haqqımızda
HAQQIMIZDA

Fəaliyyətinə 2016-cı ildə başlamış “Lider Yanğın” təhlükəsizlik sistemləri şirkətinin sıralarında yanğın təhlükəsizliyi sahəsində uzun müddət çalışmış yüksək peşəkarlığa malik əməkdaşlar fəaliyyət göstərir. Şirkətimiz Sizə yüksək keyfiyyət sertifikatlarına malik olan təhlükəsizlik sistemləri avadanlıqlarını təqdim edir. “Lider Yanğın” yanğınsöndürmə avadanlıqları, yanğından mühafizə sistemlərinin, su, köpüklü və qaz vasitəsilə yanğınsöndürmə sistemlərinin, tüstü sovurma və havalandırma sistemlərinin, parkinq sistemlərinin, kamera-nəzarət video müşahidə sistemlərinin satışını, təhlükəsizlik standartlarına uyğun avadanlıq və sistemlərin zəmanətlə quraşdırılmasını, texniki xidməti və baxışını, bir sözlə hərtərəfli dəstəyini həyata keçirir.


“Lider Yanğın” öz sıralarında müasir iş üslubları ilə çalışan, təhlükəsizlik avadanlıqları sahəsində çoxillik iş təcrübəsinə malik olan, yüksək ixtisaslı texniki mütəxəssisləri birləşdirən, dinamik inkişaf edən təhlükəsizlik sistemləri şirkətidir. Biz, avadanlıq və komponentlərin aparıcı istehsalçıları ilə əməkdaşlıq sayəsində, müştərilərimizə keyfiyyətli məhsul, müxtəlif konfiqurasiyalı komponentlər, zəmanətli çatdırılma, quraşdırılma və çevik qiymət siyasəti təklif edirik.

Copyright 2016, Bütün hüquqlar qorunur.