(+99450) 254 70 07
» » Havalandırma və tüstüsovurma sistemləri
Havalandırma və tüstüsovurma sistemləri

Havalandırma, bağlı bir sahəyə təbii və ya mexaniki yolla təmiz hava axınının təmin edilməsi, içəri daxil olan təmiz havaya ekvivalent həcmdə, zərərli qazlarla, qoxularla, tozlarla çirklənmiş və istilənmiş havanı çölə atan bir qurğudur. Məktəb laboratoriyaları, otel mətbəxləri və ümumi yerlərdə qoxu və tüstülərin bina xaricinə çıxmasının qarşısını almaq üçün bu sistem quraşdırılır. Binalarda zəhərli tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına səbəb olur. Bununla əlaqədar olaraq, məhz tüstünün insan sağlamlığına zərər verə biləcəyindən, bina və tikililərin layihələndirilməsində, mühəndislərin məqsədi havalandırma xəttlərinin və sistemlərinin diqqətli təhlilini aparmaq və insan sağlamlığının və əmlakının təhlükəsizliyini təmin etmək üçün yanma məhsullarının uzaqlaşdırılmasının nəzərə alınmasıdır.

Copyright 2016, Bütün hüquqlar qorunur.